Saturday 14 March 2015

Təbiət haqqinda məlumat

Bizi əhatə edən ətraf  aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün…
Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı,  yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insanda gözəl duyğular aşılayır.





Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4  fəslin heç biri arasında ayrı-seçkilik salmayaraq hər birinə özüməxsus gözəlliklər bəxş edir…
Ana borcu ödənməz… Heç nəylə qaytarılmaz… Bəs biz nə edirik? Onu incidirik, bizdən heç bir təmənnası olmayan gözəl təbiətimizə qarşılıq budurmu?
Havamızı zəhərləyirik müxtəlif kimyəvi tullantılarla… Öz mənafeyimiz, şəxsi mənfəətimiz üçün…




Dənizimizi çirkləndiririk bilə-bilə müxtəlif əşyalar atırıq, əlimizdəki lazımsız  zibilləri fəxrlə dənizə tullayırıq… düşünmürük ki, o bizə bayaqdan fikrimizi toplamaqda , problemlərdən xilas olmaqda kömək etmişdi… Sirdaş olmuşdu göz yaşlarımıza… Bəlkə bir də haçansa ehtiyacımız olacaq dənizə… O zaman nə üzlə gələcəyik onun  görüşünə???
 Ağacları kəsirik bununla nəfəsimizi də kəsmiş oluruq… Bir xəstəninn ciyərlərin gedən oksigen borusunu kəsmək kimi bir şey deyilmi bu? Özü də bir yox bütün cəmiyyətin nəfəsini… Görəsən niyə? Halbuki o ağaclar bizə nə qədər lazımdır… Xüsusilə də indi…


Axı elə şeylər var ki bu öz əlimizdədir… Niyə axı biz insanlar bunu anlamırıq? Anlayırıq, amma fərqinə varmırıq… Bu məsələnin ciddiyətinə varmırıq…




Ondan çox şey umuruq… Amma özümüz nə etmişik onun bizə verdiklərinin qarşılığında? Bunu düşündükmü??? Dili yoxdur danışa bilmir,  ifadə edə bilmir, amma bu lal sükutu ilə hönkürür sanki… “Mən necə idim, siz necə etdiz?”- deyir. Amma yenə də qisas almır bizdən, əksinə “yamanlığa yaxşılıq” deyib öz sədaqətini nümayiş etdirir illərdir…



Axı o “Ana Təbiət”dir… Bütün pisliklərdən uzaq, təbiətimizdir bizim… Allah tərəfindən bəxş edilmiş təbii sərvətimiz…
https://youtu.be/8pRjLKQPKYY

33 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. Coox gözəl,pizza da yadıma düşdü.

    ReplyDelete
  3. eladır ama bezi cumleler yanlışdır

    ReplyDelete
  4. Cox gozeldir tesekkur edirik bizim hetta her birimizin tebietini insanlara gozel bir sekilde tanitmaq😘❤👍👏🤗🤗

    ReplyDelete
  5. Cox gozeldir tesekkur edirik bizim hetta her birimizin tebietini insanlara gozel bir sekilde tanitmaq��❤��������

    ReplyDelete
  6. yaxsi di amma menim isime yaramari yaramamasina baxmayaraq yenede deyirem cix yaxsidi kas isime yarayardi cox sag ol eziyetine gore minetdaram

    ReplyDelete
  7. Doğurdan da çox gözel paylaşımdır ela👍

    ReplyDelete
  8. Heqiqetendr çox gozeldir bu insa

    ReplyDelete
  9. Belke bu insanlara anladarki tebieti vehsi tebiet yox ana tebiet adlandirmaq lazimdir

    ReplyDelete
  10. Beli bunu ana tebieti adlandirmaq lazındı

    ReplyDelete
  11. Coox gozellll😘😘💪💪👌👏👏

    ReplyDelete
  12. Çox gözəldi çox mənalı sözlər yazmisiniz

    ReplyDelete
  13. Burda yorumlarda yaramir yazan var nece yani yaramir tebiet olmasa bizlerde olmariq bu tebiet haqqinda bura yazan yerlewdiren insana tewekkurumu bildirurem coxxxx gozel sozler idi

    ReplyDelete
    Replies
    1. dogru deyirsen tebiet olmasa bizde olmariq🙁🙂🤗😇tebieti sevib qoruyanlara tesekkurumu bildirirem seninkide gozel sozler idi😊

      Delete
  14. Çox gözel olub😍😚❤

    ReplyDelete
  15. Çok güzel olmuş.💙♥️💙♥️💙♥️💙♥️💙

    ReplyDelete