Saturday 14 March 2015

Təbiəti qorumaq üçün nə edək?

Təbiəti qorumaq üçün nə edək?Biz  mövzunu oxuduqdan sonra təbiətimizə zərər vermədən necə istifadə edəcəyimizi araşdırdıq və bu nəticəyə gəldi ki,ağac əkmək çox faydalı həm də çətin olmayan bir işdir.Əkdiyin ağacın necə böyüdüyünü ,ətrafa kölgə saldığını,bar verdiyini görmək insanı sevindirir.Bütün vətəndaşlar vətənin təbiətini, yaşıllığı qorumağı.özlərinə borc bilməlidirlər.

                                                                                                                

   İnsanlar yeni ixtiralar edərkən çalışmalıdırlar ki,onlar təbiətə ziyan vurmasın.Məsələn bezinlə işləyən avtomobillər əvəzinə günəş enerjisi ilə işləyən avtomobillər yaratmaq mümkündür.

İnsanlar müharibələrə son qoymalıdırlar.Hərbi texnika əvəzinə təbiəti qoruya texnikaların yaradılmasna daha çox vəsait ayırmalıdırlar.Bütün münasibətləri qarşılıqlı anlaşma ,əməkdaşlıq əsasında qurmalıdırlar.



 İnsanlar anlamalıdırlar ki,təbiətə münasibət insanın özü-özünə münasibətidir.

x

İnsanın təbiətə təsiri

Biz  təbiətimizi  qorumasaq nə olar?Meşələri qırmaqla,dənizləri zibillər atmaqla,havaya zəhərli maddələr buraxmaqla ana təbiətimizi çirkləndiririk.Meşələr qırılsa biz  nəfəs ala bilmərik.Axı onlar bizim üçün lazım olan oksigen    mənbəyidir . Meşələr planetimizin "ağ ciyərləridir".
.  

 Son zamanlar Xəzər dənizi də çirklənmişdir.Xəzərdən neft çıxarılır .Bu zaman dənizə xeyli neft qarışıb onu çirkləndirir.Çirklənmə nəticəsində dənizin canlılar aləmi ziyan çəkir.Onun zəngin sərvətindən istifadə etmək üçün Xəzəri qoruyaq. Əgər qorunmasa onun heyvan və bitki aləmi məhv olar.Nemətləri ilə öyündüyümüz mehriban Xəzərimiz "ölü dənizə" çevrilər.  

 https://youtu.be/jpLSqikANzo   
Add caption

Təbiət haqqinda məlumat

Bizi əhatə edən ətraf  aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün…
Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı,  yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insanda gözəl duyğular aşılayır.





Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4  fəslin heç biri arasında ayrı-seçkilik salmayaraq hər birinə özüməxsus gözəlliklər bəxş edir…
Ana borcu ödənməz… Heç nəylə qaytarılmaz… Bəs biz nə edirik? Onu incidirik, bizdən heç bir təmənnası olmayan gözəl təbiətimizə qarşılıq budurmu?
Havamızı zəhərləyirik müxtəlif kimyəvi tullantılarla… Öz mənafeyimiz, şəxsi mənfəətimiz üçün…




Dənizimizi çirkləndiririk bilə-bilə müxtəlif əşyalar atırıq, əlimizdəki lazımsız  zibilləri fəxrlə dənizə tullayırıq… düşünmürük ki, o bizə bayaqdan fikrimizi toplamaqda , problemlərdən xilas olmaqda kömək etmişdi… Sirdaş olmuşdu göz yaşlarımıza… Bəlkə bir də haçansa ehtiyacımız olacaq dənizə… O zaman nə üzlə gələcəyik onun  görüşünə???
 Ağacları kəsirik bununla nəfəsimizi də kəsmiş oluruq… Bir xəstəninn ciyərlərin gedən oksigen borusunu kəsmək kimi bir şey deyilmi bu? Özü də bir yox bütün cəmiyyətin nəfəsini… Görəsən niyə? Halbuki o ağaclar bizə nə qədər lazımdır… Xüsusilə də indi…


Axı elə şeylər var ki bu öz əlimizdədir… Niyə axı biz insanlar bunu anlamırıq? Anlayırıq, amma fərqinə varmırıq… Bu məsələnin ciddiyətinə varmırıq…




Ondan çox şey umuruq… Amma özümüz nə etmişik onun bizə verdiklərinin qarşılığında? Bunu düşündükmü??? Dili yoxdur danışa bilmir,  ifadə edə bilmir, amma bu lal sükutu ilə hönkürür sanki… “Mən necə idim, siz necə etdiz?”- deyir. Amma yenə də qisas almır bizdən, əksinə “yamanlığa yaxşılıq” deyib öz sədaqətini nümayiş etdirir illərdir…



Axı o “Ana Təbiət”dir… Bütün pisliklərdən uzaq, təbiətimizdir bizim… Allah tərəfindən bəxş edilmiş təbii sərvətimiz…
https://youtu.be/8pRjLKQPKYY